İşin təsviri
Tələblər:
- Ali təhsil;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Telefon zənglərini cavablandırmaq, zəngləri aidiyyaı üzrə yönləndirmək;
- Daxil olan sənədləri, ərizələri, yazılı müraciətləri və şikayətləri qəbul etmək, qeydiyyatını aparmaq, aidiyyatı üzrə yönləndirilməsini təmin etmək;
- İnsan resurslarının əməliyyat sisteminə daxil olan bir qrup sənədlərin (dövriyyə vərəqəsi, müsahibə dəyərləndirmə blankı və s.) aidiyyatı üzrə rəhbərliyin imzaya təqdim etmək;
- Müsahibəyə dəvət olunan, yeni işə qəbul olunan namizədləri və əmək müqaviləsinə xitam verilən əməkdaşları gülərüzlə qarşılamaq, onları müvafiq məsul şəxslərə yönləndirmək;
- Ön ofis işçiləri üçün yaxa kartlarını hazırlamaq və aidiyyatı üzrə təhvil vermək;
- Yeni işçilərin geyimlə bağlı olan ehtiyaclarını təmin etmək və aidiyyatı şöbə üzrə təhvil vermək;
- Əmək haqqı kartlarının təhvili barədə aidiyyatı şöbələri məlumatlandırmaq, işçilərin müvafiq sənədləri imzalamasını təmin etmək və əmək haqqı kartlarını təhvil vermək;
- Yüksək səviyyədə yazılı və şifahi şəkildə ünsiyyət quraraq şirkət daxilində kommunikasiya axınını təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.