İnsan resursları üzrə kiçik mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • E-gov hökumət portalı və ƏMAS altsistemi, e-sosial və İSB portalı ilə bağlı bütün lazımı  əməliyyatları icra etmək,
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
  • Davamiyyətin izlənməsi və müvafiq aylıq tabellərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
  • Əmək kitabçalarının doldurulması

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bu sahədə 1 il iş təcrübəsi ( Sertifikatı olanlara üstünlük veriləcək )
  • Yaş həddi 24 -35
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
  • Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
  •  MS Office (Word, Excel) kompüter proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
  •  E-gov hökumət portalı və ƏMAS altsistemində işləmə bacarıqları (işə qəbul, xitam, vəzifə dəyişiklikləri, analıq məzuniyyəti, müavinətlər, xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
  • ƏMAS altsistemində aktiv vakansiyaların yerləşdirib , ləğv edilməsi
  • Stresə davamlı, tələbkar, məsuliyyətli,
  • Problemləri təhlil və həll etmə bacarığı.
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı,İngilis və Rus  dilini  bilməsi üstünlükdür. 

İş şərtləri:

  • Həftədə 5 iş  günü , 09:00 – 18:00
  • Əmək haqqı  namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir(400 -500 AZN)
  • Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir. 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan resursları üzrə kiçik mütəxəssis” qeyd edərək göndərməkləri  xahiş olunur.

İşəgötürənin reytinqi

Domino’s Pizza Azerbaijan tərəfindən digər vakansiyalar