Satış meneceri

  • Kristal Mutfak
  • Elanın qoyulma tarixi: 30.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Satış sahəsində (mətbəx avadanlıqları) ən az 2 il iş təcrübəsi olan xanım namizədlərə üstünlük verilir.
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti, ingilis dili arzu olunandır; 
  • MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Satış texnikası haqqında biliyin olması;
  • Mağazaya daxil olan müştəriləri qarşılamaq və onlara çay ikram etmək, səliqəli, gülərüz olması ;
  • Aktiv, çevik, intizamlı, pozitiv, müştəriyönümlü, yüksək təqdimat bacarığı,təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
  • Ali təhsilli,xanım namizədlər
  • 20-40 yaş arası

Vəzifə öhdəlikləri:

  • Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
  • Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
  • Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
  • Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
  • Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
  • Şourumun hər  zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
  • Daxil olan zənglərin cavablandırılması və təyinatı üzrə istiqamətləndirməsi;
  • Şirkətə gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırılması;
  • Ofis daxili sənədlərin çatdırılması, çap edilməsi və sənəd nümunələrinin ofis proqramlarında hazırlanıb təqdim edilməsi.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
  • İş saatı: Həftə içi 09:00-19:00; şənbə 09:00-16:00
  • 2 ay sınaq müddəti
  • Sınaq müddəti ərzində əmək haqqı ödənilir
  • Rəsmi qeydiyyatdan sonra əmək haqqı razılaşma ilə
  • Nahar fasiləsi: 13:00-14:00
  • Peşəkar böyümə və inkişaf

 

Email: [email protected]

Kristal Mutfak tərəfindən digər vakansiyalar