Mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Hesab-faktura, təhvil-təslim aktı, elektron qaimə və mühasibat uçotu üzrə digər ilkin sənədlərin hazırlanması, toplanması və arxivləşdirilməsi;
  • Bank və kassa əməliyyatları, təhtəl-hesab şəxslərlə hesablaşmaların icra olunması, avans hesabatların hazırlanması;
  • Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının şirkətin daxili prosedurıarına uyğun olaraq icra olunması,
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların, aylıq xərclərin e-qaimə və Yük Gömrük
  • Bəyannnamələri əsasında mühasibat yazılışlarına uyğun olaraq proqram təminatında əks olunması;
  • İstehsalatda bədbəxt hadisələrlə bağlı İcbari Sığorta Bürosu portalında sığorta müqavilələrinin əlavə olunması, ödənilməsi və işdən azad olmuş işçilərin sığorta müqavilələrinə xitam verilməsi;
  • Əmək haqqı kartlarının sifariş olunması, itirilmiş və vaxtı keçmiş kartların müddətinin uzadılması və dəyişdirilməsini təmin etmək;
  • Əmək haqqı, məzuniyyət, son haqq-hesab, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması və ödənilməsi;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların təqdim olunmasında köməkçi işlərin icrası.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki 5 günlük;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Mühasibat sahəsində minimum 3 il iş təcrübəsi;
  • Mühasibat uçotu və mühasibat yazılışları üzrə biliklər;
  • Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
  • 1C 8.3 versiyası və ofis proqramları ilə sərbəst işləmək;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı;
  • Elektron portallardan (E-taxes.gov.az, e-gov.az, customs.gov.az, isb.az və sair) istifadə təcrübəsi.

 

Əmək haqqı 1000-1500 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).

Elektron poçtun “Mövzu” yerinə “Mühasib” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

Email: [email protected]

Qaya Safety Solutions tərəfindən digər vakansiyalar