Texniki Nəzarət üzrə Mütəxəssis

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • SDM-in Bütünlük və Etibarlılıq Departamenti tərəfindən müəyyən edilmiş texniki nəzarət tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi
  • SDM-in NEZ və Neft-Kimya Müəssisələrinin bütün sahələrində statik avadanlıqla bağlı yoxlama sınaq planlarında TNP (ITP) müəyyən edilmiş fəaliyyətləri izləmək, planlaşdırmaq və yerinə yetirmək. Baxım və ya dəyişdirilməsi tələb olunan avadanlığı müəyyən etmək, yoxlamanın nəticələri barədə Texniki Nəzarət Böyük Mühəndisinə məlumat vermək. Problemlərin aydın şəkildə müəyyən edilməsi və yoxlamadan sonrakı texniki hesabatların hazırlanması
  • Yoxlama və sınaq məlumatlarını qeyd etmək və bildirmək. Müvafiq məlumatların və hesabatların  Aktivlərin Məhsuldarlıqlarının İdarəetmə Proqramı AMİP (Asset Performance Management) proqram təminatına ötürülməsi 
  • Digər şöbələr və ya subpodratçılar tərəfindən yerinə yetirilməli olan dağıdıcı sınaq, istilik müalicəsi, hidrostatik sınaq, rəngləmə və qumlama və s. Monitorinq və hesabat fəaliyyətləri. Zəruri hallarda dağıdıcı olmayan yoxlamaların aparılması və hesabatların verilməsi.
  • Anbar və ya təchizatçı emalatxanalarında material və ya avadanlıqların keyfiyyətinə nəzarət fəaliyyətlərini dəstəkləmək.
  • Texniki Nəzarət Böyük Mühəndisi tərəfindən zərurət yarandıqda  QK(PSV) sınaqlarına və kalibrləmələrə nəzarət etmək
  • Təftiş, sınaq, nəzarət avadanlığı və cihazlarının müvafiq qaydada istifadə edilməsini, saxlanmasını  təmin etmək. Avadanlıq və cihazın kalibrlənməsinin etibarlılıq müddətləri haqqında Texniki Nəzarət Böyük Mühəndisinə məlumat verilməsi
  • SDM-in təhlükəsizlik qaydalarını (İSG) tələbləri və hədəflərindən xəbərdar olmaq, heyətini və subpodratçılarını buna uyğun yönləndirmək. 9.Cavabdeh olduğu ərazidə bədbəxt hadisələrin qarşısını almaq üçün qüvvədə olan təhlükəsizlik (İSG) qaydalarına riayət etmək üçün lazımi nəzarəti həyata keçirmək, aidiyyəti işçilərə xəbərdarlıq etmək.
  • .Planlaşdırılmış iş qrafikinə və işin tələblərinə uyğun olaraq tabeliyində olan işçilərin işini bölüşdürmək. İşə davamlı olaraq nəzarət etmək və işin istənilən keyfiyyətlə başa çatdırılması üçün lazımi tədbirlər görmək. tabeliyində olan şəxslərin müvafiq sənədlərə və tələblərə uyğun olaraq işləri görməsini və komanda işi ilə operativliyi və harmoniyanı təmin etmək;  menecerə hesabat vermək
  • İşçilərinin bilik və təcrübəsinin artırılması məqsədilə iş yerində təlimlər keçirmək; Lazımi əlavə təlimlər üçün  meneceri məlumatlandırmaq və onların iş göstəriciləri barədə menecerə hesabat vermək
  • Subpodratçıların və təchizatçıların texniki nəzarət fəaliyyətlərinin keyfiyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək
  • Mövcud qaydalara uyğun olaraq rəhbərinə işçiləri barədə mükafat və cəza təklifləri vermək; Tabeliyində olan işçilərdən alınan oxşar təklifləri rəhbərinə çatdırmaq.
  • İş icazəsi prosedurlarına uyğun olaraq, iş yeri seçimi etmədən, əməyin mühafizəsi və keyfiyyətinə əsas tutaraq,tabe olduğu rəhbər tərəfindən zəruri hesab edilən vəzifələri yerinə yetirmək. Davamlı təkmilləşdirmə və inkişafla  əlaqəli bir çox sahədə səhvsiz işə diqqət yetirmək
  • Mövcud qanunvericiliyin, daxili nizamnamələrin, standartların və cavabdeh olduğu işə aid təlimatların tələblərini yerinə yetirmək
  • İnteqrasiya edilmiş İdarəetmə Sistemləri fəaliyyətlərinə uyğun olaraq, səlahiyyətləri daxilində bölməyə birbaşa və ya dolayısı ilə aid olan planlaşdırma, icra, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini həyata keçirmək.
  • İş saatlarından əlavə təcili zənglərə cavab vermək, lazım gəldikdə iş vaxtından artıq işləmək, iş saatlarından əlavə müraciətlərə hazır olmaq
  • Statik avadanlıq üçün quraşdırmaların yaradılması və mövcud olanların yenilənməsi proseslərinin dəstəklənməsi
  • Avadanlıq və boru kəmərlərində təmir işləri üçün iş sifarişlərinin hazırlanması
  • Sahədə həyata keçirilən gündəlik Texniki Nəzarət fəaliyyəti ilə bağlı  menecerə hesabat vermək.
  • AR-nın qaydalarına,qanunlarına,şirkətin siyasətinə, missiyasına, vizyonuna, korporativ dəyərlərinə, hüquqi və digər tələblərə, habelə şirkətin etik qaydalarına, siyasətlərinə, qaydalarına, təlimatlarına, strategiyalarına və məqsədlərinə uyğun fəaliyyət göstərmək; Bu məsələlərlə bağlı şirkət daxilində hər hansı uyğunsuzluq aşkar edildikdə, müvafiq bölmələrə məlumat verilməsi
  • Sahəyə aid məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması
  • Tabt olduğu vəzifəli  şəxsə öz səlahiyyətinə aid olan işlərlə bağlı müntəzəm və səmərəli hesabat vermək.
  • Əməyin və ətraf mühitin mühafizəsi mədəniyyətinə uyğun fəaliyyət göstərmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə rəhbər vəzifədə olan şəxsə və təhlükəsizlik (İSG) üzrə səlahiyyətli işçilərə məlumat vermək.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır

Kvalifikasiya tələbləri:

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və digər normativ hüquqi aktlarını, təlimatları, avadanlıqlar və qurğuların istismarı, təmiri, yoxlanmasına texniki nəzarətin aparılmasına dair normativ-metodiki sənədləri, milli və beynəlxalq standartları, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni, SOCAR-ın və SDM-in əmrlərini, SDM-in Nizamnaməsini, daxili İntizam Qaydalarını, BED haqqında Əsasnaməni və bu Vəzifə Təlimatını

Digər Tələblər:

  • Texniki Nəzarət Şöbəsinin mütəxəssisi vəzifəsinə orta texniki təhsilli və müvafiq iş təcrübəsi üzrə 10 ildən az olmayaraq iş stajı olan şəxs təyin olunur. Milli qayda,qanunlar,rəhbər sənədlər və qabaqcıl Beynəlxalq standartlar

Müraciət Forması:

CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə göndərməyiniz xahiş olunur. Elan üzrə müraciətçilərin hər biri dəyərləndiriləcək və eyni imkanlar veriləcəkdir 

Müraciət üçün son tarix : 10.02.2023

İşəgötürənin reytinqi