Sahə Nəzərətçisi

  • Lavanda Group
  • Elanın qoyulma tarixi: 25.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın Təsviri və Vəzifə Öhdəlikləri:

  • Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
  • Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları, həmçinin yetərli sayda işçi ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;
  • İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
  • Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;
  • İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulun və metodların yayılması işində iştirak edir;
  • Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir;
  • Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;
  • Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;
  • Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;
  • Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir;
  • Növbədə olan bütün əməkdaşlara əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması ilə bağlı günlük təlim keçmək;
  • Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.

Namizədə Tələblər:

  • Ali-təhsili olan namizədlərə üstünlük veriləcək. 
  • Təcrübə 2-5 il, İstehsalat sahəsində təcrübə olanlara üstünlük verilir
  • Dil bilikləri arzuolunandır – İnglis orta və orta-yuxarı, rus orta və orta-yuxarı
  • MS Office bilikləri  (Word və Excel  -orta ya yaxşı səviyyədə)

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. 

Əlaqə nömrəsi: +994 51 201 54 90 

Elektron məktubun mövzu hissəsində “Sahə Nəzərətçisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]

Lavanda Group tərəfindən digər vakansiyalar