Daxili audit strukturunun aparıcı/baş auditoru

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 25.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali iqtisadi və ya riyazi təhsil,
  • Bank auditi sahəsində 2-3 illik təcrübə, 
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
  • Audit tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
  • Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
  • Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
  • Maliyyə hesabatları üzrə təhlil etmə bacarığı, mühasibat yazılışları haqqında bilklər,
  • MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
  • Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
  • Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.

İşin təsviri:

  • Bank üzrə audit planının hazırlanması barədə təkliflər verir,
  • Audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi  sistemlərinin auditini və yoxlamasını aparır,
  • Bankda olan risklərin idarə edilməsi işini daima təhlil və təftiş edir,
  • Normativ-hüquqi aktların, bankdaxili prosedurların icrası vəziyyətinin auditini aparır və ona  edilmiş əlavə və dəyişikliklərə nəzarət sistemlərinin adekvatlığı nöqteyi-nəzərdən rəy bildirir,
  • Xərclərin səmərəliliyinin qiymətləndirilməsi işinin vəziyyətini təhlil və təftiş edir,
  • Auditin nəticələri,verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatları tərtib edir və icrasına nəzarəti həyata keçirir,
  • Qeyri-səmərəlilik, hadisələr və işdə ləngimələr barədə daxili auditə məlum olan məlumatlar və Bank üçün əhəmiyyət kəsb edən müşahidələr barədə birbaşa rəhbəri məlumatlandırır,
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq təcrübədə qəbul olunmuş digər vəzifələri həyata keçirir.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

Email: [email protected]