Texniki xidmət şöbəsinin müdiri

  • Embawood
  • Elanın qoyulma tarixi: 23.04.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Bakı, Azərbaycan

Vəzifə adı:   Texniki xidmət şöbəsinin müdiri

İş qrafiki : 

5 günlük / saat 09:00 – 18:00

İşin təsviri :

 - İstehsalat sahələrində  avadanlıqlara texniki xidmətin həyata keçirilməsinə nəzarət
- Avadanlıqların texniki cəhətdən düzgün istismarına və sazlığına nəzarət;
- Avadanlıqlara baxış və  profilaktik təmir işlərinin düzgün təşkil olunmasına nəzarət emək;
- İstehsalat sahələrindən daxil olan ehtiyat hissələri sifarişini təsdiq etmək və alınması işini təşkil etmək;
- İstehsalat Sahələrindəki avadanlıqların vəziyyəti ilə əlaqədar hesabatları tələb etmək;

Tələblər  :
 

- Ali texniki təhsil;
- 2 il müvafiq sahədə iş təcrübəsi;
- "MS Office"-də işləmə bacarığı;
- İdarəetmə qabiliyyəti;

Yaş həddi:

25-45 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə “Texniki xidmət şöbəsinin müdiri”  qeyd edib [email protected]  ünvanına göndərəsiniz  . 


 

İşəgötürənin reytinqi