İstehsal sahəsi üzrə baş nəzarətçi

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 19.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İstehsal müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
  • Keyfiyyət standartlarını və təhlükəsizlik qaydalarını planlaşdırmalı və vaxtında təmin etməlidir.
  • İstehsal fəaliyyəti üzrə hesabatlar vaxtında tərtib və təqdim olunmalıdır.
  • Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.
  • Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını təmin etməlidir
  • İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir
  • Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir
  • Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır
  • Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəisi bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir
  • İşçilərlə düzgün şəkildə ünsiyyət və davranış qaydalarını bilməlidir
  • İşçilərin və avadanlıqların boşdayanmalarının qarşısını almalıdır

Tələblər:

  • Cins: kişi
  • Yaş həddi: 35-40 yaşdan yuxarı
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3-5 il təcrübə
  • Dil biliyi: azərbaycan, rus dili arzuolunandır
  • İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələbləri
  • İstehsalatın təşkilini və texnologiyası.

Əlavə məlumat:

  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Maraqlanan namizədlərdən mövzu sətrində “İstehsal sahəsi üzrə baş nəzarətçi” qeyd etməklə CV-ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi