Risklərin idarəedilməsi üzrə mütəxəssis / Baş mütəxəssis

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 18.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Yarana biləcək potensial risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
  • Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir,
  • Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Bütün sahələr üzrə müəyyən olunmuş limitlərə nəzarətin keçirilməsi;
  • Rüblük risk hesabatlarının hazırlanması;
  • Mütəmadi olaraq risklərin idarəedilməsi sahəsindəki yeniliklər barədə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi;
  • Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

Texniki biliklər:

  • Risk səviyyəsinin ölçülməsi və risklərin idarəedilməsi haqqında geniş biliklər;
  • Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.
  • ISO 31000: 2018, 31010:2019 standartları haqqında biliklərin olması

Səriştə və bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  • Analitik düşüncə qabiliyyəti;
  • Komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.

Tələblər:

  • İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • Rus və ingilis dilləri arzu olunandır.;
  • Yaxşı səviyyədə Microsoft Office proqramları;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;

Sosial imtiyazlar:

  • Nahar təminatı
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı

 

https://glorri.com/grandagro/63721245c99aa1e641b203a2-Riskl%C9%99rin%20idar%C9%99edilm%C9%99si%20%C3%BCzr%C9%99%20m%C3%BCt%C9%99x%C9%99ssis%20+%20Ba%C5%9F%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources

İşəgötürənin reytinqi