Elektrik – Mexanik (Şamaxı)

İşin təsviri

 Vəzi̇fələr:

  • Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın və təmir işlərinin aparılması;
  • Elektrik təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
  • Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
  • İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması;
  • Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
  • Elektrik avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və alternativ təkliflərin verilməsi;
  • Elektrik işlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması;
  • Yeni elektrik qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
  • Elektrik ixtisası təsdiq edən təlim şəhadətnaməsi
  • Müvafiq sahə üzrə (elektrik) 5 il təsdiqli iş təcrübəsi
  • Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı 
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları

Vakansiya ilə maraqlanan şəxslərdən CV-ni mövzu bölməsində “elektrik-mexanik” qeyd etməklə mail ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]  

İşəgötürənin reytinqi

Facility Management Group tərəfindən digər vakansiyalar