Mal-material üzrə mühasib (Hacıqabul)

İşin təsviri

Öhdəliklər:

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması
  • 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
  • Mal-materialların qəbulu, silinməsinin tam uçotu
  • Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
  • Debitor və kreditorlarla üzləşmələrin aparılması
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
  • Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək

Tələb olunan xüsusiyyətlər:

  • İxtisas üzrə azı 1 il iş təcrübəsi
  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı
  • MS Office, BTP, 1C 8.3 proqramında işləmək bacarığı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, stresə davamlılıq
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş qrafiki
  • Əmək haqqı 1000 AZN
  • Ərazi – Hacıqabul rayonu, Atbulaq k.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mal-material üzrə mühasib ” yazaraq 14.02.2023- cü il tarixinədək göndərilməsi xahiş olunur.

Email: [email protected] 

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar