Növbə meneceri

İşin təsviri

Tələblər:

  • Komandada işləmək bacarığı. 
  • İşə qarşı məsuliyyətli olmaq. 
  • Restoran sahəsində minimum 3 illik iş təcrübəsi.

Öhdəliklər: 

  • Müştərilərə səmərəli və mədəni xidmət, onlara rahat (komfortlu) şəraitin yaradılması üzrə işi həyata keçirmək.
  • Material qiymətlilərinin qorunmasına nəzarəti təmin etmək.
  • Münaqişəli halların qabağının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək. 
  • Müştəri məmnuniyyətsizlik xidməti ilə əlaqədar iddiaları araşdırmaq, zəruri texniki-təşkilati tədbirləri keçirmək.
  • Vaxtaşırı olaraq, işin əvvəlində bütün ofisiantlarla iclaslar keçirmək. Onlara öhdəliklərini yadına salmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmağa kömək edtmək, restoranın qayda və üsullarını onların nəzərinə çatdırmaq.
  • Ofisiantlar üçün təlimlər keçirmək.
  • Otaqların müvafiq tərtibatına nəzarəti yerinə yetirir, otaqlarda və binada reklamın yerləşdirilməsi, təzələnməsi və vəziyyətinə diqqət yetirir. Otaqlarda və ona və ya binaya bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin etmək.
  • Tabeçiliyində olan işçilər tərəfindən əmək və istehsal intizamına, əməyin mühafizəsi üzrə qayda və normalara, istehsal sanitariyası və qiqiyenası tələblərinə riayət olunmasına nəzarət etmək.
  • Müştərilərə xidmət üzrə mövcud çatışmazlıqlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyi məlumatlandırmaq.
  • Müəssisə rəhbərliyinin göstərişlərinin işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək.

İş Şərtləri:

  • 6 günlük iş həftəsi.
  • Növbəli iş rejimi.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
  • Forma şirkət tərəfindən təqdim olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Növbə meneceri mövzusu altında elekton ünvanına göndərə bilərlər. 

Email: [email protected]

İşəgötürənin reytinqi