SMM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi ( Facebook, Instagram, YouTube, TikTok,  və s.)
  • Gələn mesaj və rəylərə dolğun cavab verilməsi
  • Kontent məzmunun idarə edilməsi 
  • Sosial şəbəkələr üçün bloq mətnlərin yazılması,
  • Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün dizayn tapşırığının yazılması;
  • Mütəmadi olaraq sosial media kanallarında canlı yayımların təşkil edilməsi
  • Sosial media reklamlarının effektivliyinin monitorinqı, aylıq  hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması

Namizəd üçün tələblər:

  • SMM üzrə 2 ildən çox təcrübə.
  • Ali təhsil (bakalavr)
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Facebook Ads Manager, Google Ads ilə işləmək bacarığı
  • Marketinq kommunikasiyaları strategiyası üzrə  təməl biliklər
  • İnnovasiya, reklam sahəsindəki qlobal marketinq trendlərini yaxından təqib edən
  • Statistika və analitik alətlərlə işləmək bacarığı
  • Komandada işləmək qabiliyyəti. Məsuliyyətli, ünsiyyətcil və işinə qarşı həvəsli;
  • Dil bilikləri: Azərbaycan dili - əla, (rus dili və  ingilis dili arzu olunandır)
  • Yaş həddi: 23-35 yaş 

İş şəraiti:

  • AR qanunvericiliyinə əsasən rəsmiləşmə
  • Əmək haqqı: Müsahibə zamanı razılaşdırılacaq
  • İş qrafiki: həftədə 5 gün, 09 :00-dan 18:00-dək.

Yuxarıda qeyd olunan şərtlərə uyğun namizədlər mövzu yerində “SMM mütəxəssisi” yazmaqla öz Fotoşəkilli CV-lərini və portfoliolarını göndərə bilərlər.

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar