Bank təhlükəsizliyi departamentində Nəzarətçi

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçilərin fəaliyyətləri ilə bağlı digər təşkilati və tənzimləyici sənədləri bilmək;
  • Obyektin mühafizəsi üzrə hazırki vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək;
  • Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, Bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;  
  • Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək;
  • Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək;
  • Postda olan xidməti sənədləşməni səliqəli və düzgün aparmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək;
  • Departament nəzarətçiləri ücün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanılması;
  • Postda təmizliyi və nizamı saxlamaq;
  • Bankın işçilərinə, müştərilərə və ziyarətçilərə mehriban və səmimi münasibət göstərmək;
  • Bankın obyektlərində baş verən hadisələr və pozuntular barədə dərhal növbəyə rəhbərlik edən baş nəzarətçiyə məruzə etmək.

Tələblər:

  • İş təcrübəsi tələb olunmur, lakin mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir;
  • Azərbaycan və Rus dilini səlis bilmək;
  • Orta təhsil və ya daha yuxarı təhsil;
  • Səlis yazılı və şifahi ünsiyyət qurma bacarığı;
  • Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri;
  • İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;
  • Təmkinli olmaq bacarığı;
  • Şifahi və yazılı hesabat vermə bacarığı;
  • Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.  

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Ttibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə Nəzarətçi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz

Email:  [email protected]

İşəgötürənin reytinqi