İşə qəbul üzrə mütəxəssis

  • Gravity Inc
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1200 AZN 

İş qrafiki: Həftə içi 5 gün (saat 09.00-dan 18.00-dək), şənbə günləri natamam iş günü.

Yaş aralığı: 25 – 35 yaş

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (İnsan resursları, İqtisadiyyat, Beynəlxalq ələqalər, Menecment istiqamətləri üzrə təhsil);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək (AR Əmək Məcəlləsinin müddəalarını bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı); 
  • MS Office, 1 C  (8.3) proqramında işləmək bacarığı;
  • CIPD, HRCI, SHRM sertifikatları arzu olunandır;
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • “ƏMAS - Əmək və Məşğulluq" altsistemi üzrə biliklər;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzi.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Məktub və sənədlərin vaxtında cavablandırılması;
  • Kargüzarlıq işlərinin aparılması (arayışlar, məktublar, etibarnamələr və s.);
  • İşə qəbulla bağlı müvafiq materialları hazırlamaq; 
  • Namizədlərlə müsahibələr aparmaq; 
  • Gələcək təhlillər üçün müsahibə nəticələrinin sənədləşdirilməsi (qəbul/rədd/gözləmə və s.);
  • Ştat cədvəlinin və daxili intizam qaydalarının tərtib edilməsi;
  • İşçilərə vəzifə təlimatının izah olunması;
  • Onlayn kanallar (məsələn, sosial platformalar və peşəkar şəbəkələr) vasitəsilə potensial namizədlərin axtarılması;
  • Müxtəlif yaş qruplarına tədris və təlim keçmə bacarıqları;
  • Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
  • Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək ve.s
  • Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi
  • ƏMAS-da struktur, ştat vahidinin yaradılması və ləğv edilməsi, işə qəbul, işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi; 
  • Şəxsi iş sənədlərinin toplanması və sənəd nümunələrinin hazırlanması; 
  • Görülən işlərlə bağlı hesabatların təqdim olunması.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. 

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “İşə qəbul üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan CV-lərə baxılmayacaq. 

Email:  [email protected]