İnsan Resursları üzrə rəhbər

  • Gravity Inc
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Sosial elmlər üzrə bakalavr və magistr dərəcəsi (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya, Sosiologiya və s. / PhD olmasına üstünlük verilir);
  • CIPD, HRCI, SHRM sertifikatları arzu olunandır;
  • Vaxtın düzgün idarə edilməsi, təqdimat və güclü işgüzar ünsiyyət bacarıqları;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Ünsiyyət, dinləmə, analitik düşünmə, şəxsiyyətlərarası ünsiyyət, inandırma və münaqişələrin həlli bacarıqları;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı bacarığı;
  • MS Word, MS Excel, MS PowerPoint proqramlarından istifadə bacarığı, həmçinin 1 C (8.3) və ya SAP proqramında işləmək bacarığı);
  • Müvafiq sahə üzrə minimum 5 il peşəkar təcrübə.

Vəzifə öhdəlikləri:

  • Ümumi işə qəbul strategiyasını tərtib etmək və həyata keçirmək;
  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi;
  • EMAS.sosial.gov.az elektron portalında sürətli və sərbəst işləmək bacarığı;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması, tətbiq olunması;
  • Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Kadr uçotunun aparılması məqsədi ilə 1C proqramında məlumatların daxil edilməsinə nəzarət;
  • İnsan resurslarının idarə edilməsi və inkişafı ilə bağlı prosedurlar, siyasətlər hazırlamaq;
  • İşə qəbul sisteminin qurulması, işə qəbulun planlaşdırılmasının təşkil olunması.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Əmək haqqı: 2000-2500 AZN 

İş qrafiki: Həftə içi 5 gün (saat 09.00-dan 18.00-dək), şənbə günləri natamam iş günü.

Yaş aralığı: 28 – 45 

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. 

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “İnsan Resursları üzrə rəhbər” qeyd etmələri xahiş olunur. Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan CV-lərə baxılmayacaq. 

Email: [email protected]