Baş Mühasib

  • 189 Taxi
  • Elanın qoyulma tarixi: 10.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarəti
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarəti
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
  • Tabeçiliyində olan işçilərin işinə şirkətin strukturu və idarəetmə prinsiplərinə uyğun nəzarəti 
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmini
  • İllik hesabatların audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
  • Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans və s.)
  • Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
  • Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasının nəzarəti
  • Rəhbərliyin tapşırıqlarının icra edilməsi

Namizədə tələblər:

  • İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
  • 35-50 yaş həddi ,
  • Minimum 10  il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində, baş mühasib vəzifəsində azı 6- 7  il iş təcrübəsi
  • Kompüter bilikləri - MS office, 1C
  • Mühasibat uçotunun milli və beynəlxalq standartlar üzrə biliklər
  • Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
  • Azərbaycan dili (Rus dili arzuolunandır)

Ofis-şəhərin mərkəzində

5 günlük iş qrafikı, 9.00-18.00 

Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini elektron ünvanına “Baş mühasib” qeyd etməklə göndərsinlər.

Tel: 055 203 98 89

Email: [email protected]  

İşəgötürənin reytinqi