Avtomobil Təmizləyicisi (Quru Yuma)

  • 189 Taxi
  • Elanın qoyulma tarixi: 03.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Müştərilərin avtomobillərinin quru yuma üsulu ilə təmizlənməsi(işçi su ilə təmasda olmur);
  • Yüksək keyfiyyətli quru təmizlik materiallarından istifadə edərək avtomobilin içi və xarici hissələrinin təmizlənməsi;
  • Təmizləmə prosesində diqqət və məsuliyyət göstərmək;
  • Müştəri məmnuniyyətini təmin etmək;
  • Avtomobilin vəziyyətini nəzərdən keçirib müştəriyə məlumat vermək.

Tələblər:

  • Ən azı 1 il təcrübə (avtomobil yuma və ya bənzər sahədə);
  • Detallara diqqət və yüksək səviyyəli məsuliyyət;
  • Fiziki olaraq sağlam və enerjili;

Biz nə təklif edirik:

  • Əmək münasibətlərinin rəsmiləşdirilməsi
  • Əmək haqqı: Fiks + %
  • Müvafiq təlimin keçirilməsi;
  • 6 günlük iş rejimi

Əgər siz də startup layihənin və komandamızın bir parçası olmaq istəyirsinizsə, CV-nizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

İşəgötürənin reytinqi