Müqavilələr üzrə mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 09.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
  • Müqavilə danışıqlarının aparılması;
  • Müqaviləyə əlavələrin hazırlanması;
  • Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
  • Potensial podratçılarla müqavilə və kommersiya şərtləri ilə bağlı danışıqların aparılması;
  • Müqavilələrə əsasən ödənişlərin izlənməsi və gecikmələr barədə rəhbərliyin məlumatlandırılması
  • Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
  • İddiaların qarşısının alınması/idarə edilməsi və iddiaların qarşısının alınması prosesində iştirak;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıq və göstərişlərin icra edilməsi;

Namizədə Dair Tələblər:

  • Oxşar sahədə ən azı 3 il iş təcrübəsi;
  • Humanitar (hüquq,iqtisadiyyat, biznesin idarə olunması, beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
  • Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək bacarığı;
    Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Bazarı təhlil etmə bacarığı;
  • Yüksək analitik və peşəkar ünsiyyət, həmçinin danışıqların aparılma bacarıqları;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dili və qrammatikasını mükəmməl səviyyədə bilməsi, rus və ingilis dilləri biliyi üstünlükdür;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 1800 – 1400 AZN (net) 

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Müqavilələr üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]