Mühasibatlıq üzrə aparıcı/baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 06.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə Dair Tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • ACCA F3 sertifikatının olması üstünlükdür;
  • MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İşin Təsviri:

  • Bankın əsas vəsaitlərinin və qeyri-maddi aktivlərinin vaxtaşırı amortizasiyasının hesablanması;
  • Bankdaxili köçürmə və digər əməliyyatların aparılmasının həyata keçirilməsi, xərclərin tanındılması;
  • İcarə gəlir və xərclərinin uçotunun aparılması;
  • Ezamiyyə, təhtəl hesab, azqiymətli tezkohnələn əşyalar üzrə uçotun aparılması;
  • Qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi və rüsumların hesablanmasının və köçürülməsinin həyata keçirilməsi;
  • Strukturun əsasnaməsinə uyğun olaraq həvalə olunmuş digər tapşırıqların həyata keçirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mühasibatlıq üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

Email: [email protected]