Bankın fəaliyyət göstərdiyi bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi, sənədlərin hüquqi analizi və Bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
Bankın maraq və mənafelərinin məhkəmədə ən yüksək səviyyədə qorunması;
Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yüksək səviyyədə qorunması;
İcra prosesində Bankı təmsil edilməsi və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil edilməsi, müvafiq tədbirləri görməklə Bankın maraqlarının ən yüksək səviyyədə qorunması;
Bank məhsullarının hüquqi ekspertizası;
Bank fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar hüquqi problemlər yarandığı halda onların yerində və operativ araşdırılması;
Bankın fəaliyyəti ilə əlaqədar hüquqi məsələlər yarandığı halda bununla bağlı Bank əməkdaşlarının təlimatlandırılması;
Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
İş təcrübəsi: Ən az 1 illik peşəkar hüquqşünas təcrübəsi
Xarici dil biliyi: Rus və ingilis
Kompüter bilikləri: MS Office proqramları
Digər:
əsaslı hüquqi biliklər, yüksək analitik düşüncə;
tədqiqat və araşdırma bacarıqları;
detallara fikir vermə, strateji hədəfləri düşünmə qabiliyyəti və optimal həll yollarını tapmaq bacarığı;