Xəzinədar-inkassator (Şirvan)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 05.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Nağd pul və digər qiymətlilərin təhvil-təslimi zamanı bağlamaların və qablaşdırılmanın bütövlüyünü, zədəsiz olmasını və rekvizitlərin mövcudluğunu yoxlamaq;
  • Nağd pul və digər qiymətlilərin təhvil-təslimi zamanı inkassasiya prosesini müşayət edən sənədləşmənin düzgünlüyünün yoxlanılması;
  • Nağd pulların sayılması, çeşidlənməsi, ATM kassetlərinin doldurulması;
  • ATM-lərdən və inkassasiyadan daxil olan vəsaitlərin sayılması, sənədlərlə üzləşdirilməsi;
  • Nağd pul və digər qiymətlilərin inkassasiyası prosesləri zamanı qiymətlilərin bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsili olan;
  • Komandada işləmək bacarığı olan;
  • İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
  • Hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarına üstünlük verilir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

 Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi