İşin təsviri
Tələblər:
- Premium seqmentdə pərdə sahəsində ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti;
- MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Satış texnikası haqqında biliyin olması;
- Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
Vəzifə öhdəlikləri:
- Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
- Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
- Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
- Sərgilərdə və iş görüşlərində iştirak;
Şərtlər:
- Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
- İş saatı ( növbəli): 10:00-18:00; 10:00-20:00
- Əmək haqqı: Təcrübədən asılı olaraq 700 AZN – 900 AZN +satışdan bonus
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Pərdə ”sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.