İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Biznesin ehtiyaclarına uyğun olaraq rəqəmsal marketinq kanalları- Google Ads, Facebook Ads vasitəsilə reklamların qurulması;
 
	- Müştəri analizləri edərək hədəf auditoriyaların formalaşdırılması;
 
	- Google Ads, Facebook Ads vasitəsilə A/B testlər edərək kontent və auditoriya optimizasiyalarının təmin edilməsi; 
 
	- Konversiyaların ölçülməsi üçün Google tag manager vasitəsi ilə tag-lərin qurulması;
 
	- Rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin mütəmadi olaraq izlənilməsi;
 
	- Nəticələrə əsasən reklamların optimizasiyalarının təmin ediməsi;
 
	- Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası;
 
	- Analizlərə əsasən rəqəmsal marketinq kanallarında paylaşılan kontentin formalaşdırılmasına təklif və tövsiyyələrin veriməsi.
 
Namizədə tələblər:
	- Ali təhsil;
 
	- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (ingilis dili bilikləri mütləqdir);
 
	- Google Ads, Facebook Ads reklamlarının qurulmasında minimum 2 il təcrübə;
 
	- Analitik və riyazi düşünmə qabiliyyəti;
 
	- Google Analytics, Google Tag Manager vasitəsi ilə goal, event-lərin qurulması, konversiyaların ölçülməsi üzrə biliklər;
 
	- Mütəmadi olaraq A/B testlərin aparılması, nəticələrin analizinə əsasən hədəf persona-nın formalaşdırılması, auditoriyaların qurulması və optimizasiyası;
 
	- Google Analytics, Yandex Metrica vasitəsi ilə reklam nəticələrin izlənməsi, optimizasiyaların aparılması;
 
	- Analizlərə əsasən hesabatların qurulması, vizuallaşdırılması. Google Data Studio biliklərin olması üstünlükdür;
 
	- SEO biliklərinin olması üstünlükdür.
 
İş şəraiti:
	- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 
	- Karyerada inkişaf imkanları.
 
Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “Rəqəmsal marketinq mütəxəssisi/targetoloq” qeyd edərək göndərə bilərlər.
Email: [email protected]