İşin təsviri
İş şəraiti:
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Şirkətin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq;
- Şirkətin daxili transformator yarımstansiyalarına və paylayıcı qurğu avadanlıqlarına texniki xidmət göstərmək;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək;
- İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması, yaranan problemlər barəsində sex rəisinə məlumat verilməsi və yaranan problemi qısa zamanda həll etmək;
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
- Elektrik quraşdırma işlərini icra etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (elektroenergetika üzrə),
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması,
- Avtomatik idarəetmə sistemlərini bilməli,
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, maqnit işəburaxıcı, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
- Azərbaycan, rus dillərini bilməli (ingilis dili arzuolunandır)
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni e-mail ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik” Mövzu bölməsində göstərin.
Email: [email protected]