Mühasib

  • AvtoExpress Baku
  • Elanın qoyulma tarixi: 27.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:  

  • Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparılması;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) təqdim edilməsi;
  • Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;
  • İnternet bankçılıq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək.

Vəzi̇fəyə dair tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 2 il təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür);
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
  • Gömrük bəyannamələri əsasında işləmə bacarığı
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilmək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (, e-sosial, e-taxes və s.).

Bi̇z təkli̇f edi̇ri̇k:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar fasiləsi: 13:00 – 14:00 (şirkət tərəfindən təmin edilir);
  • İş yeri: Eldar Babayev 30/24 Yeganə şadlıq sarayının yaxınlığı;
  • Gənc və peşəkar işçi heyəti.

CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Mühasib) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Əmək haqqı: Təcrübəsindən asılı olaraq 600-800 azn

Hesabat verir:: Baş Mühasibə.

Email: [email protected]  

AvtoExpress Baku tərəfindən digər vakansiyalar