İnsan Resurları üzrə Mütəxəssis

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İş təcrübəsi: İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yaş həddi: 25 – 40;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Azərbaycan dili mükəmməl, rus dili və ingilis dili danışıq səviyyəsində bilməli;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək.

Vəzifələr:

  • ƏMAS– da struktur, ştat vahidinin yaradılması və ləğv edilməsi, işə qəbul, işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi; 
  • E.Gov portalında xəstəlik vərəqələrinin, eyni zamanda sosial və birdəfəlik müavinətlərin işlənməsi; 
  • E-sosial və İSB.az portalları ilə bağlı əməliyyatların yerinə yetirilməsi; 
  • Şəxsi iş sənədlərinin toplanması və sənəd nümunələrinin hazırlanması; 
  • İşə qəbul,vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam, məzuniyyət, ezamiyyət, sosial, avans əmrlərinin hazırlanması və sənədləşdirilməsi;
  • Ştat cədvəllərinin hazırlanması; 
  • Əmək müqavilələri, əmək müqaviləsinə əlavə, məxfilik və tam maddi məsuliyyət müqavilələrinin hazırlanması; 
  • Akt, protokol, xasiyyətnamə və arayış sənədlərinin hazırlanması; 
  • Sosial müavinətlərlə bağlı bütün sənədlərin hazırlanması; 
  • Məzuniyyət qrafikinin hazırlanması və qeydiyyatının aparılması; 
  • İntizam tənbehinin sənədləşdirilməsi; 
  • Ezamiyyətin sənədləşdirilməsi; 
  • Aylıq tabellərin hazırlanması; 
  • Əmək kitabçalarının açılması və doldurulması.

İş şəraiti:

  • AR əmək məcəlləsinə əsasən sənədləşmə; 
  • İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

 

Samadov Law & Audit tərəfindən digər vakansiyalar