Sətəm mühəndisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 09.04.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SƏTƏM MÜHƏNDİSİ
 
Tələblər:

- Namizəd 25-35 yaş aralığında olmalı;
- Ali təhsilli olmalı;
- Müvafiq sahədə ən azı 4 illik iş təcrübəsinə sahib olmalı;
- Tikinti-inşaat  texnologiyasının əsaslarını yaxından bilməlidir;
- İxtisas üzrə sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.
 
İşin təsviri:
 
- Mövcud ola bilən təhlükəli iş şəraitinin qarşısının alınması və ya ona tələb edilən düzəlişlərin edilməsi məqsədi ilə müvafiq mühəndislik prinsiplərini və texnologiyalarını tədbiq edərək əməyin təhlükəsizliyi proqramlarının planlalaşdırılması, həyata keçirilməsi və koordinasiya edilməsi;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və inşaat tikinti sanitariyası üzrə işin təşkil edilməsi;
- Müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunmasına nəzarət edilməsi;
- İstehsalat zədələri və peşə xəstəliklərin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onların təftiş və təhlil edilməsi;
- İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə onların təftiş edərək qiymətləndirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi.
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə "SƏTƏM mühəndisi" yazaraq
[email protected] ünvanına göndərməsi xahiş olunur.

 

İşəgötürənin reytinqi