Biznes menecer

İşin təsviri

 

Avropa Azərbaycan Məktəbi

Biznes menecer vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

İşin təsviri

1. Məktəbin Biznes meneceri məktəbin rəhbər işçilərindən olub,Məktəbin öz tədris məqsədlərinə nail olması üçün Məktəb direktorunun müavini funksiyasını icra edir.
2. Məktəbin Biznes meneceri Məktəbin öz inzibati funksiyası çərçivəsində biznes əxlaqı standartlarına ən yüksəksəviyyədə cavab verməsini və Məktəb resurslarının tədris məqsədləri üçün ən səmərəli şəkildə istifadəsini təmin edir.
3. Məktəbin Biznes meneceri maliyyə resurslarının idarə olunması, inzibati idarəçilik, İKT idarəçiliyi, Məktəb avadanlığının idarə olunması məsələlərinə cavabdehlik daşıyır.
4. Məktəbin Biznes meneceri Məktəbin müxtəlif xarici layihələrdə iştirakını təmin edərək, layihələrə rəhbərlik edir.

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur: 

 Biznesin və ya təhsilin idarə olunması üzrə ali təhsil. Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək.
 Azı üçil iş təcrübəsi. Üstünlük özəl məktəblərdə iş təcrübəsi olan namizədlərə veriləcək.
 Microsoft proqramları, internet və müxtəlif komputer proqramları ilə işləmə bacarığı
 İngilis və rus dillərində sərbəst danışma

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Məlumatın toplanması, təhlili və idarə olunması texnikasına yiyələnmə
• Təqdimatın hazırlanması və keçirilməsi bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Fərqli qruplarla və fərdlərlə çoxşaxəli tapşırıqların əlaqələndirilməsi bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn
namizədə yüksək əmək haqqı təklif olunur. 
 

Maraqlananlar Maraqların ifadəsinə dair məktub və CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.

Sənədlər 30aprel 2013-cü il tarixədək qəbul ediləcəkdir.

İşəgötürənin reytinqi