Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
  • Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
  • Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
  • Bankdaxili normativ sənədlərin, məhsul və xidmət  passportlarının, risk nəzarət mexanizmlərinin  nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  • Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində  risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  • Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Risklərin (xüsusilə əməliyyat riskləri) idarə edilməsi üzrə sertifikatların olması üstünlükdür;
  • Əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
  • Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi;
  • MS Excel, PowerPoint və Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
  • Azərbaycan dili mükəmməl olmalıdır, Rus və İngilis dilləri arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. 

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi