Muhasib

  • Perkins
  • Elanın qoyulma tarixi: 14.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək təcrübəsi (satış, e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək)
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparilmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək
  • ƏDV,ÖMV, mənfəət, DSMF, Statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Məşğulluq idarəsinə hesabatların hazirlanması və təqdim edilməsi
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Daxil olan pul vəsaitlərinin mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin , mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
  • İş saatı 09:00-dan-18:00-dək ( 6 gün )

Namizədə tələblər:

  • Xanım namizəd
  • Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi, BTP proqramı üzərindən mənfəət vergisi,ƏDV, Gəlir vergisi ,ÖMV, Torpaq-əmlak vergisi və s. bəyannamələrin tam şəkildə tərtib etmək
  • Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
  • Mühasibat uçotu tətbiqi proqramları 1C , 7.7, 8.0 , 8.2, 9 , Mikro proqramlarını tam şəkildə bilmək (1C, 8.0 , 8.3) 8.3 mütləq digər proqramlar isə arzu olunandır)
  • Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
  • Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi
  • Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi
  • Aktiv və çalışqan, kollektivdə işləmək bacarığına malik olmaq
  • Məsuliyyət, düzgünlük, dəqiqlilik və etibarlılıq.

Əmək haqqı: 500-700 AZN

Perkins tərəfindən digər vakansiyalar