İT üzrə baş mütəxəssis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Sistem konfiqurasiyası, strukturlaşdırma, proseslər və servis detalları ilə bağlı sənədləşmələrin tərtibatı və dəstəyi;
  • Komandada fəaliyyət göstərən IT Mütəxəssislərini yönləndirmə ortaya çıxan problemlərın həllində dəstək göstərmə;
  • Şəbəkə performansının monitırinqi, test olunması və e=ortaya çıxan problemlərin həlli;
  • Qısa və uzun-müddətli ehtiyac və tələblərin təyin və təmin edilməsi ilə bağlı daxili idarəetmə və müvafiq departament rəhbərləri ilə ortaq fəaliyyət göstərmə;
  • İnfrastruktur layihələrində və təkmilləşdirmə işlərində hazırlıqların təşkili və istifadəçi testlərinin aparılması;
  • Cari sistemlərin effektivliyini və keyfiyyətini analiz etmə, bu sistemlərin inkişafı və gələcək təkmilləşdirmələri üçün strategiyaların təşkili və tətbiqi;
  • Xarici istifadəçilərlə Audit və SOX komplayns işləri üçün ortaq fəaliyyət göstərmə;
  • Fiziki və virtual serverlərin (verilənlər bazası, e-mail, print və backup serverləri) və onların şirkətdaxili proqram təminatlarının inteqrasiyası və konfiqurasiyası;
  • Şəbəkə və sistem administrasiyası, istifadəsi və xətaya dayanıqlılıq siyasətlərinin, prosedurlarının və müvafiq təlimlərinin tətbiqi və dəstəklənməsi;

Tələblər:

  • Əlaqəli sahə üzrə 3-4 il iş təcrübəsi
  • Windows Server üzrə biliklər və iş təcrübəsi (server setup, deployment, maintenance)
  • Active Directory üzrə bilikər və iş təcrübəsi
  • Fiziki serverlərlə işləmə bacarığı (quraşdırılması, nəzarətdə saxlanılması və qorunması)
  • Şəbəkə konseptləri üzrə biliklər və təcrübə (firewall, routing, switching)
  • G-Suite idarəetməsi üzrə təcrübə
  • Nəticə-yönümlülük, çeviklik, və problem həll etmə
  • Ünsiyyətcil xarakterə sahib, Mühəndislik etikası çərçivəsində çalışma prinsiplərini tamamlayan və məsuliyyətli yanaşma sərgiləyən
  • Daimi inkişaf, öyrənmə və öyrətməyə həvəsli.

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT üzrə baş mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi