Mexanika mühəndisi

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 12.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya olan şöbə : Azertexnolayn MMC/Polad Boru zavodu/Texniki xidmət və Təmir şöbəsi

İş yeri : Sumqayıt şəhəri

İş qrafiki : 09:00-18:00 (həftədə 5 gün)

Nahar və servis şirkət tərəfindən təmin olunur.

Vəzifə öhdəlikləri:

  • Dəzgah və avadanlıqlara İllik texniki təmir plan qrafikinə uyğun texniki qulluğun göstərilməsini təşkil etmək və nəzarət etmək
  • Dəzgah və avadanlıqlarda ani yaranan nasazlıqların aradan qaldırılmasını təşkil etmək
  • Dəzgah və avadanlıqların mexaniki hissələrinin saz vəziyyətdə saxlanılmasını təmin etmək
  • Təmir üçün ehtiyac yaranan materialları aydınlaşdırmaq və vaxtında sifariş vermək
  • Dəzgah və avadanlıqlarda mütəmadi olaraq yoxlanışlar aparmaq. Önləyici fəaliyyətləri təşkil etmək
  • Cari və əsaslı təmirlərin vaxtı vaxtında həyata keçirilməsinə nəzarət etmək
  • Hissə və detalların texniki rəsmlərini oxuya bilmək
  • Texniki rəsmləri olmayan detalların texniki rəsmlərini çəkmək
  • Təmir işlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək və tabeçiliyində olan işçilərdən bunu tələb etmək.
  • Mütəmadi olaraq gördüyü işlər haqqında üst rəhbərinə hesabat vermək

Bilməlidir:

  • PLC ilə təchiz olunmuş proseslərin və maşınların prinsipial və elektrik sxemlərini oxuma bilik və bacarığı.
  • Sahə cihaz və avadanlıqlarının, mühərrik sürücülərinin və s. texniki vasitələrinin işləmə prinsiplərini bilməli, idarəetmə kontrollerləri ilə əlaqələrinin qurulması istiqamətində bilik və bacarığı olmalı.
  • Sənaye xəbərləşmə şəbəkələri metodlarını bilməli və bacarığı olmalıdır.
  • Hidravlika, pinevmatika və elektrik təchizatı sistemlərini bilməlidir.
  • Sistemin funksional tələblərini, əməliyyat mərhələlərini bilməlidir.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını bilməlidir.

İş yeri : Sumqayıt şəhəri

İş qrafiki : 09:00-18:00 (həftədə 5 gün)

Nahar və servis şirkət tərəfindən təmin olunur.

CV-lərinizi e-mail adresinə “Mexanika mühəndisi“ başlığı ilə göndərə bilərsiniz.

Son müraciət 15.01.202

Email: [email protected]