Qaraj müdiri (Saatlı, Beyləqan, Ağcabədi)

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
  • Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
  • Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
  • Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
  • Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
  • Təmir xərclərin optimallaşdırmasına nəzarət;
  • Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
  • Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;  
  • Xidmət barədə rəhbərliyə hesabat verir;
  • Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.

Tələblər:

  • Təhsil : Ali;
  • İş təcrübəsi : 5 - 10 il;
  • Dil bilikləri : Azərbaycan, Rus;
  • Kompyuter bilikləri : MS Office (Word, Excel);
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Sürücülük vəsiqəsi olmalıdır;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları olmalıdır;
  • Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları olmalıdır. 

Səriştələr:

  • Məsuliyyətli
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır; 
  • İş qrafiki: Altı günlük iş qrafiki;
  • İş yeri: MKT İK MMC-nin müvafiq filialı;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:

Ağcabədi- https://hr.mktcotton.com/az/job/qaraj-mudiri-agcabedi 

Beyləqan- https://hr.mktcotton.com/az/job/qaraj-mudiri-beyleqan-1 

Saatlı- https://hr.mktcotton.com/az/job/qaraj-mudiri-saatli-1