Web Developer

  • GCM
  • Elanın qoyulma tarixi: 03.04.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

GCM şirkəti Web Developer əməkdaş axtarır. Bu səbəblə mövcud komandamıza yeni üzvlər əlavə etmək arzusundayıq. Şirkətimiz olduqca dinamik, açıq görüşlü və öyrənmə həvəsi olan insanları bir arada toplayıb bazarda öz payını hər ay daha da artırmağı qarşısına məqsəd qoyub.

Web developer vəzifəsinə yerləşdirilmək üçün namizəddən aşağıdakı bacarıqlar tələb olunur:

-HTML, PHP və oxşar dillərdə sayt və səhifələr hazırlamaq bacarığı
-Həftədə bir neçə gün yenilənən saytın səhifələrini hostinq-ə yükləmək və Control Paneldən istifadə edə bilmək bacarığı
-Corel Draw, Photo Shop, DreaWeaver və s. kimi proqramlardan istifadə edib veb sayt şəkilləri, bannerlər, animasiyalı şəkillər hazırlamaq bacarığı
-Windows, MS Office və networking ilə əlaqəli sazlamaları, dəyişiklikləri və quraşdırmaları etmə bacarığı
-Nizam intizamla və kollektivlə professional işləmək bacarığı
 
İş vaxtı saat 9:00-dan 18:00-a kimidir.

Namizəd verilən materiallarda lazımi dəyişikliyi edib şirkətin veb saytına yerləşdirməlidir. Tələb olunduqca şəkillər və bannerlər professional zövqlə hazırlanmalıdır. Bundan əlavə namizəd ofisin kompüterini sazlamaq və əməkdaşların çıxan xırda suallarını cavablandırmaq məsuliyyəti daşıyacaq.
 
Xahiş edirik, bizə lazım olan məlumatlar olan CV-inizi [email protected] saytına göndərəsiniz.

GCM tərəfindən digər vakansiyalar