Web developer

  • GCM
  • Elanın qoyulma tarixi: 25.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Əvvəllər də birja sahəsində fəaliyyət göstərən şirkətimiz GCM indi yenidənqurma mərhələsindədir. Bu səbəbdən mövcud komandamıza yeni üzvlər əlavə etmək arzusundayıq. Şirkətimiz olduqca dinamik, açıq görüşlü və öyrənmə həvəsi olan insanları bir arada toplayıb bazarda öz payını hər ay daha da artırmağı qarşısına məqsəd qoyub.

 Web developer vəzifəsinə yerləşdirilmək üçün namizəddən aşağıdakı bacarıqlar tələb olunur:

-HTML, PHP və oxşar dillərdə sayt və səhifələr hazırlamaq bacarığı

-Həftədə bir neçə gün yenilənən saytın səhifələrini hostinq-ə yükləmək və Control Paneldən istifadə edə bilmək bacarığı

-Corel Draw, Adobe İllustrator və s. kimi proqramlardan istifadə edib veb sayt şəkilləri, bannerlər, animasiyalı şəkillər hazırlamaq bacarığı

-Windows, MS Office və networking ilə əlaqəli sazlamaları, dəyişiklikləri və quraşdırmaları etmə bacarığı

-İP telefon sistemi və VoİP haqqında ilkin məlumatı olmaq

-Nizam intizamla və kollektivlə professional işləmək bacarığı

 İş vaxtı saat 9:00-dan 18:00-a kimidir.

Namizəd verilən materiallarda lazımi dəyişikliyi edib şirkətin veb saytına yerləşdirməlidir. Tələb olunduqca şəkillər və bannerlər professional zövqlə hazırlanmalıdır. Bundan əlavə namizəd ofisin 7 kompüterini sazlamaq və əməkdaşların çıxan xırda suallarını cavablandırmaq məsuliyyəti daşıyacaq. İP telefon sistemi və VoİP haqqında məlumatı olan namizədlər üstün tutulacaq.

 Xahiş edirik, bizə lazım olan məlumatlar olan CV-inizi [email protected] saytına göndərəsiniz.

GCM tərəfindən digər vakansiyalar