Receptionist

  • Huner Group
  • Elanın qoyulma tarixi: 08.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhədliklərimiz:

  • Ofisə daxil olan müştəriləri gülərüzlə qarşılamaq, onları dolğun şəkildə məlumatlandırmaq və müraciətləri üzrə yönəltmək;
  • Daxil olan zəngləri və elektron müraciətləri cavablandırmaq, onları aidiyyəti üzrə istiqamətləndirmək;
  • Daxil və xaric olan sənədləri qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə təhvil vermək;

Tələblərimiz:

  • Ali təhsil üstünlükdür; 
  • Bu sahə üzrə iş təcrübəsi;
  • Başda ana dilimiz olmaqla, rus dilində həm şifahi, həm yazılı şəkildə səlis nitqə sahib olmaq;
  • Orta səviyyədə “MS Office” proqram bilikləri;
  • Xoş ünsiyyətə və komanda ruhuna sahib olmaq;

Şərtlərimiz:

  • İş qrafiki 6 günlük iş həftəsidir;
  • İş saatları bazar ertəsindən cümə gününədək: 09:00-18:00; Şənbə günü saat: 10:00-17:00-dır;
  • Şirkət “Bakı Ağ Şəhər”də yerləşir;
  • Nahar yeməyi baş ofisdə yerləşən yeməkxanada təmin olunur;
  • Əməkhaqqı yalnız müsahibə mərhələsinə dəvət almış namizədlərlə müzakirə ediləcək;

Qeyd: Xahiş olunur ki, “CV”lər iki səhifəni keçməmək şərtilə azərbaycan dilində tərtib edilsin və qeyd olunan elektron poçtumuza göndərilsin.

Email: [email protected]

Huner Group tərəfindən digər vakansiyalar