Tədris işləri üzrə mütəxəssis

İşin təsviri

Öhədliklərimiz: 

  • Kurs və imtahanları təşkil etmək;
  • Dərs saatlarını müəyyənləşdirmək və nəzarət etmək;
  • Keçirilən dərsləri, o cümlədən müəllim heyəti və tələbələrin davamiyyətlərini müşahidə etmək;
  • Kurs mərkəzinə əyani, zəng, e-poçt və Vatsap vasitəsilə daxil olan müraciətləri cavablandırmaq;
  • Valideyn və tələbələrin şikayət və təkliflərini dinləmək;
  • Tədris işləri üzrə direktorun tapşırıqları əsasında sorğular hazırlamaq;
  • Tədris işləri üzrə koordinatorun bazaya daxil etdiyi bütün məlumatları mütəmadi şəkildə nəzarət etmək;
  • Tədris işləri üzrə direktorun tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək;
  • İmtahanlar haqqında tələbə və valideynlərin məlumatlandırılması prosesini nəzarətdə saxlamaq;
  • İmtahanlarla əlaqədar tələbələrdən tələb olunan sənədlərin toplanılması prosesini nəzarətdə saxlamaq;
  • İmtahan tarixləri və saatları, o cümlədən nəticələri barədə tələbə və valideynlərin məlumatlandırılma prosesini nəzarətdə saxlamaq;
  • İmtahan nəticələrinin qeydiyyatının aparılması prosesini nəzarətdə saxlamaq;
  • Sertifikatların tələbələrə təqdim edilmə prosesini nəzarətdə saxlamaq;

Tələblərimiz:

  • Bakalavriat diplomu tələb olunur, təhsil sahəsi üzrə olması üstünlükdür; 
  • Bu sahə üzrə iş təcrübəsinə sahib olmaq;
  • Başda ana dilimiz olmaqla, həmçinin rus dilində həm şifahi, həm də yazılı şəkildə səlis nitqə sahib olmaq;
  • Orta səviyyədə “MS Office” proqram bilikləri;
  • Xoş ünsiyyətə və komanda ruhuna sahib olmaq;
  • Planlama, qərar vermə, icra və koordinasiya etmə qabiliyyətinə xüsusilə diqqət yetiriləcək;

Şərtlərimiz:

  • İş qrafiki 6 günlük iş həftəsidir;
  • Şirkət “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşir;
  • Əməkhaqqı yalnız müsahibə mərhələsinə dəvət almış namizədlərlə müzakirə ediləcək;

Qeyd: Bütün müraciətlər peşəkar insan resursları əməkdaşlarımız tərəfindən dəyərləndiriləcək. Xahiş olunur ki, “CV”lər iki səhifəni keçməmək şərtilə azərbaycan dilində tərtib edilsin və qeyd olunan elektron poçtumuza göndərilsin. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Email: [email protected]

Beynəlxalq Dil Mərkəzi tərəfindən digər vakansiyalar