Receptionist

İşin təsviri

Öhədliklərimiz: 

  • Ofisə daxil olan müştəriləri gülərüzlə qarşılamaq, onları dolğun şəkildə məlumatlandırmaq və müraciətləri üzrə yönəltmək;
  • Daxil olan zəngləri və elektron müraciətləri cavablandırmaq, onları aidiyyəti üzrə istiqamətləndirmək;
  • Daxil və xaric olan sənədləri qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə təhvil vermək;

Tələblərimiz:

  • Bakalavriat diplomu şərt deyil, üstünlükdür; 
  • Bu sahə üzrə iş təcrübəsi;
  • Başda ana dilimiz olmaqla, rus dilində həm şifahi, həm yazılı şəkildə səlis nitqə sahib olmaq;
  • Orta səviyyədə “MS Office” proqram bilikləri;
  • Xoş ünsiyyətə və komanda ruhuna sahib olmaq;

Şərtlərimiz:

  • İş qrafiki 6 günlük iş həftəsidir;
  • Şirkət “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşir;
  • Əməkhaqqı yalnız müsahibə mərhələsinə dəvət almış namizədlərlə müzakirə ediləcək;

Qeyd: Bütün müraciətlər peşəkar insan resursları əməkdaşlarımız tərəfindən dəyərləndiriləcək. Xahiş olunur ki, “CV”lər iki səhifəni keçməmək şərtilə azərbaycan dilində tərtib edilsin və qeyd olunan elektron poçtumuza göndərilsin. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Email: [email protected]