Sənəd dövriyyəsi üzrə mütəxəssis

  • Foodcity Agropark
  • Elanın qoyulma tarixi: 28.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Rus dili və ədəbiyyatı məzunu üzrə);
  • Sənəd dövriyyəsinin idarəolunması sahəsində ən azı 1 il iş stajı;
  • Azərbaycan dili (yüksək), rus dili (yüksək).

Vəzifə öhdəlikləri:

  • Şirkətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilinin həyata keçirilməsi;
  • Şirkətə daxil olan sənədlərin, daxili yazışmaların qeydiyyata alınmasını, surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını, vaxtında icrasına səlahiyyətləri çərçivəsində nəzarəti və müəyyən olunmuş qaydada arxivləşdirilməsinin icra edilməsi;
  • Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və onların statistik hesabatlarının aparılmasının təşkil edilməsi;
  • Arxiv işinin təşkili və idarə edilməsi

Şərtlər:

  • Şirkətin ofisi Bakı şəhəri, Qurban Abbasov küçəsi 29, Bayıl Plazada yerləşir;
  • İş qrafiki həftənin 5 günüdür;
  • İş saatları həftənin bazar ertəsi və cümə gününədək saat 09:00-dan 18:00;
  • Əməkhaqqı məbləği namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müzakirə ediləcək;

Maraqlanan şəxslər “Sənəd dövriyyəsi üzrə mütəxəssis” başlığı ilə şirkətimizin vakansiyada qeyd olunan e-poçt adresinə müraciət edə bilərlər.

Email: [email protected]