Mühasib (Xudat ş.)

  • Foodcity Agropark
  • Elanın qoyulma tarixi: 28.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik, bacarıq, təcrübə: 

  • Təhsili: Ali təhsil (Mühasibat uçotu, Maliyyə və ya iqtisadiyyat);
  • Təcrübə: Müvafiq sahədə 1 ildən artıq təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili üstünlükdür;
  • MS Office (MS Excel - yaxşı), 1C ERP bilikləri mütləqdir;
  • Mühasibat uçotu bilikləri;
  • Analitik təhlil etmə və nəticəyönümlülük;
  • Diqqətli və operativ işləmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik baş tutan satış əməliyyatları sənədlərinin yoxlanılması və ERP sisteminə daxil edilməsi;
  • Daxil olan sənədlərin uçot siyasətinə uyğunluğunun yoxlanılması, və sistemə daxil edilməsi;
  • Xərc hesabatlarının hazırlanması;
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar;
  • Ezamiyyət sənədlərinin yoxlanılması, ödənişlərinin edilməsi və xərclərin hesablanması;
  • Debitor və kreditorlarla hesablaşmalar;
  • Gündəlik anbar sənədlərinin sistem üzərindən yoxlanılması və anbar sayımında iştirak;
  • Xəzinə əməliyyatlarının icra edilməsi;
  • Əsas Vəsaitlərin uçotu prosesində iştirak edilməsi və 1C sisteminə daxil edilməsi.

Təminat və əlavə imtiyazlar:

  • Könüllü tibbi sığorta (3 ay sonra);
  • “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;

İş qrafiki:

  • 6 gün (1-5 günlər saat 09:00-17:00, şənbə günü 09:00-15:00)

İş yeri: Xudat şəhəri.

Vakansiya ilə bağlı “Mühasib (Xudat ş.)” adını mövzu hissəsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərə bilərsiniz.