Tibbi sığorta üzrə kiçik mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 23.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Tibbi sığorta proqramları, onların xüsusiyyətləri barədə müştərilər və onların əlaqəli şəxslərinə məsləhət xidmətinin göstərilməsi;
  • Müştərilərə tibbi sığorta proqramları üzrə təqdimatların keçirilməsi; təqdimat zamanı sual və sorğuların dolğun cavablandırılması. 
  • Müştərilərin əlaqəli şəxslərindən daxil olan məlumatlara əsasən sığorta olunanların siyahılarına cari dəyişikliklərin sistemdə əks olunması, müvafiq məlumatların Asistans şirkətlərinə ötürülməsi, müştərilərlə razılaşdırılmış müddətə əsasən Tibbi sığorta müqavilələrinə Əlavələrin buraxılması;
  • Tibbi sığorta üzrə sığortalanmış şəxslər üçün plastik kartların sifarişinin təmin olunması, həmçinin bu prosesə nəzarət;
  • Tibbi sığorta üzrə sənədlərin buraxılması, (müqavilələr, şəhadətnamələr, sliplər və müqaviləyə əlavələr); sənəd  bazasının aparılması və mütəmadi yenilənməsi;
  • Müştəri məmnuniyyətinin ölçülməsi və qorunması məqsədi ilə müştərilər və ya onların əlaqəli şəxsləri ilə görüşlərin keçirilməsi; Mütəmadi olaraq tibbi sığorta üzrə sığorta olunan şəxslər arasında müştəri məmnuniyyəti sorğularının keçirilməsi, daxil olan sorğu vərəqələrinə əsasən alınmış məlumatın təhlili və sistemləşdirilməsi, sorğu nəticəsində aşkarlanan şikayətlərin cavablandırılması, müvafiq hesabatların birbaşa rəhbərə təqdim olunması;
  • Müştərilər və ya onların əlaqəli şəxsləri tərəfindən daxil olan gündəlik sorğuların/şikayətlərin araşdırılması və cavablandırılması
  • Tibbi sığorta üzrə cari hesabatların aparılmasında rəhbərliyə kömək; müvafiq hesabatların hazırlanması
  • Buraxılmış şəhadətnamələr və əlavələr üzrə debitor borcların təhlili və izlənməsi, bu mövzuda müştərilərlə danışıqların aparılması

Biliklər:

  • Ali tibbi təhsil;
  • Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini orta danışıq səviyyəsində bilmək

Təcrübə:

  • Tibbi sığorta və ya bununla əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi

 Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə  cəld reaksiya vermək

Son müraciət tarixi: 23 dekabr 2022

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi mail ünvanına göndərin.

Email: [email protected] 

İşəgötürənin reytinqi