Masajist

  • Quba Palace Hotel
  • Elanın qoyulma tarixi: 23.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Masaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir;
  • Masajın tipini və növünü müəyyən edir;
  • Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə edir, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlayır;
  • Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir;
  • Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment masajı edir;
  • Qonaqlara özünü-masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir;
  • Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir;
  • Tələb olunan hallarda qonağı, onun ehtiyacı olduğu metodlardan istifadə edən masajçıya  rəsmi şəkildə yönləndirir;
  • Masaj otağında zəruri təmizlik və səliqəni təmin edir; Masaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır;
  • Tələb olunduqda təlim sessiyaları və toplantılarda iştirak edir;
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir

Namizədə tələblər: 

  • Azərbaycan dili mükəmməl səviyyədə
  • Rus dili orta səviyyədə
  • İngilis dili arzu olunandır
  • Səlis danışıq qabiliyyəti
  • Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir);
  • Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
  • Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
  • Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olmas
  • Nəqliyyat və yataqxana ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Email: [email protected]