Kiçik Auditor

İşin təsviri

şin təsviri:

  • Audit yoxlamalarında iştirak;
  • Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
  • İri həcmli məlumatların toplanması və təhlilinin həyata keçirilməsi; 
  • Audit hesabatının hazırlanmasında iştirak edilməsi, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
  • Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirakın təmin edilməsi;
  • Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

Tələblər:

  • Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
  • Audit və ya oxşar (Maliyyə, Mühasibatlıq, Daxili nəzarət və s.) sahədə minimum 1 il iş təcrübəsi;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək; 
  • Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
  • Beynəlxalq peşəkar sertifikatlara (ACCA, CİA, CFE və s.) sahib olması üstünlükdür;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Vaxtın səmərəli idarə edilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00 – 18:00;
  • Ə/h namizədin təcrübə və biliklərinə əsasən müəyyən ediləcəkdir.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Kiçik Auditor” qeyd etməklə göndərə bilərsiniz.

Email:  [email protected]

İşəgötürənin reytinqi