Resepşn

  • Peugeot Company
  • Elanın qoyulma tarixi: 10.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas məsuliyyətlər:

  • Daxil olan bütün telefon zənglərinə peşəkarcasına və vaxtında cavab vermək, onları tez və səmərəli şəkildə aidiyyatı işçilərə ötürmək.
  • Bütün gələn müştəriləri düzgün yönləndirmək, və müştərinin gəlişi ilə bağlı müvafiq işçinin məlumatlandırılmasını təmin etmək.
  • Administrasiya menecerinin tələblərinə əsasən inzibati tapşırıqları yerinə yetirmək.
  • Şirkətin ümumi elektron poçt ünvanını yoxlamaq, cavab vermək və yaxud məlumatı vaxtında müvafiq şəxslərə ötürmək.
  • Şirkətə aid bütün çap/faks aparatlarında baş verən nasazlıqlar barəsində xarici təchizatçını məlumatlandırmaq.
  • Sadəcə fotosurətin çıxarılması, faks göndərilməsi, elektron poçtla işləmə və sənədlərin təqdim edilməsi kimi işlərlə kifayətlənməyərək ümumi kargüzarlıq vəzifələrini də yerinə yetirmək.

Əsas bacarıqlar/Keyfiyyətlər:

  • Azərbaycan, ingilis və ya rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir.
  • Daha öncə Resepşn/Çağrı Mərkəzi/Telefon Operatoru sahələrində təcrübəsi olması vacibdir
  • Böyük gəlirlər əldə edən avtomobil sənayesində daha öncə təcrübəsinin olması arzuolunandır.
  • Telefonla və insanlarla nəzakətli, mədəni ünsiyyətdə olmaq bacarığının olması.
  • Təşəbbüskar, çalışqan, işə motivasiyalı yanaşma bacarığı.
  • İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint, Outlook) biliklərinin olması.

İş qrafiki : Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə : 10:00 - 15:00 Əmək haqqı namizəddən asılı olaraq dəyişir.

Bu vəzifəni yerinə yetirmək üçün lazım olan bacarıqlara, təcrübəyə və yanaşmaya malik olduğunuzu düşünürsünüzsə, zəhmət olmasa [email protected]  qeyd olunan elektron poçt vasitəsilə (mövzu hissəsində “Resepşn” qeyd etmək) müraciət edin.