Devops üzrə sistem inzibatçısı (məsləhətçi/baş məsləhətçi)

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
  • DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
  • GitHub üzrə biliklər və iş təcrübəsi;
  • OS Linux Redhat / CentOS / Debian / RHCE / RHСSA üzrə biliklərin olması;
  • VmWare virtualizasiya ilə praktiki təcrübə;
  • CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;
  • Kubernetes, Docker, Ansible, Jenkins üzrə biliklər və praktiki təcrübə;
  • Bash script yazılması ilə iş təcrübəsi;
  • Elasticsearch / Zabbix kimi monitoring tool-lar ilə iş təcrübəsi;
  • C# , .NET, Java ,Python dillərdə yazılmış scriptlərin analiz edilməsi;
  • Komanda yoldaşlarını inkişaf etdirməyə həvəsli olması.

Görəcəyiniz işlər:

  • Agentlikdə istifadə olunan mövcud platformalara monitorinq və nəzarət edilməsi;
  • Yaranan problemlərin proqramçılar və infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;
  • Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirilməsi və həll edilməsi;
  • Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi (həftədə 1 dəfə evdən işləmə imkanı);
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 20.11.2022-ci il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Email: [email protected]