Maliyyə üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 05.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşdırma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Pul vəsaitlərinin hərəkəti üzrə proqnoz məlumatlarının hazırlanması
  • Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
  • Balans, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Proqnoz planlarının icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların icmallaşdırılması, rəhbərliyə təqdim olunması;
  • Maliyyə xarakterli və məzmunli müraciətlərin rəsmi tələblərə müvafiq hazırlanması
  • Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması

Tələblər:

  • Maliyyə/Mühasibatlıq ixtisasları üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə (Maliyyə planlaması, maliyyə nəzarəti, hesabatlılığın təmin olunması və s.) 3-5  il iş təcrübəsi;
  • “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
  • Maliyyə sahəsində əhatəli nəzəri biliklər;
  • Dövlət maliyyəsi sahəsində biliklər;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər(ACCA, CFA, CIMA ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzuolunandır); 
  • Statistik və riyazi – iqtisadi biliklər;
  • Səlis səviyyədə Azərbaycan dili;
  • İngilis və ya  rus dili bilikləri üstünlükdür;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Komandada işləmə bacarığı;
  • Təşkilatçılıq və idarəetmə bacarığı;
  • Operativlik;
  • Problem həll etmə bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Planlama və zamanın idarəolunması.

Digər:

  • Əmək haqqı: 1400 – 1800 AZN
  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
  • İstirahət günləri: Şənbə və bazar günləri
  • Vakansiya üzrə müraciətin son tarixi: 10.11.2022