Daxili Nəzarət üzrə Mütəxəssis

  • Avrora
  • Elanın qoyulma tarixi: 03.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsasə vəzifə öhdəlikləri:

  • Şirkətin daxili nəzarət şöbəsi strukturlarında görülmüş işlər barədə müəyyan edilmiş müddətlərdə dövrü və illik hesabatların əldə edilərək ətraflı təhlil edilməsi;
  • Bizneslərdən əldə edilmiş müvafiq hesabat məlumatlarının analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ - nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
  • Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyən edilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
  • Yoxlama, monitorinq va araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ - nin rəhbərinə məlumat verilməklə, subordinasiya qaydasında yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
  • Şirkətə aid olan struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal - materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
  • Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ - nin rəhbərinin məlumatlandırılması;

Tələb olunan bilik və bacarıqlar:

  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Kollektivdə işləmə bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş qrafiki : 08:00-17:00
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email; [email protected]   

İşəgötürənin reytinqi