Rəqəmsal marketinq üzrə mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 02.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Yüksək səviyyədə azərbaycan, rus dili; 
  • Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • Kreativ yanaşma;
  • Analiz etmə və araşdırma qabiliyyəti. 

Rəqəmsal marketinq üzrə mütəxəssis nə iş görür?

  • Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi;
  • Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuların şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması;
  • Sosial media üçün aylıq post planının hazırlanması;
  • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
  • Sosial media postları üçün kontentlərin hazırlanması;
  • Səhifənin aylıq hesabatlarının hazırlanması;
  • Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması;
  • Rəqəmsal marketinqdə yeniliklərin araşdırılması və tətbiq edilməsi;
  • Müştəri yönümlü olması üçün şirkətin rəqəmsal fəaliyyətinin daim optimallaşdırılması; 
  • İstifadəçi davranışının analiz edilməsi; 
  • İnternet səhifəsinin və axtarış motorunun optimallaşdırılması.

 Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Email: [email protected]

İşəgötürənin reytinqi